AZ

Sensasion: Bakıda hakimiyyəti belə dəyişmək istəyiblər Generalların gizli telefon danışığı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

2003-cü ildə Ramiz Mehdiyev və Namiq Abbasov Səfər Əbiyevi bir yerə guya qonaq kimi çağırdılar. Orda ordunun iki generalı telefonla danışmışdı, bundan istifadə edib onu pis vəziyyətə salmaq istəyirdilər.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İsa Nəcəfov “Yeni Sabah”a müsahibəsində deyib.

O bildirib ki, Mehdiyevlə Abbasovun bu planı baş tutmayıb:

“Amma alınmadı. Səfər Əbiyev hakimiyyətin arxasında dayanmış qüvvə idi. O, qruplaşmanın keçirdiyi toplantılarda iştirak eləmirdi”.

“Generalların söhbətinin mövzusu nə idi” sualına İ.Nəcəfov belə cavab verib:

“Bir general digəri ilə danışanda narazılığını bildirərək təxminən belə fikir deyib ki, “bu hakimiyyətlə yaşamaq olmaz”. Bu generalların biri 2021-ci ildə həbs olunmuş 4-cü korpus komandiri Rövşən Əkbərov, digəri Baş Qərargahda fəaliyyət göstərən başqa general idi. Onların arasında gedən telefon danışığını fiksasiya etmişdilər. O da yaxşı eşidilmirdi”.

İsa Nəcəfov bildirib ki, telefon söhbətində hakimiyyəti devirməkdən danışılırdı:

“Bildiyimə görə, Səfər Əbiyev bu işin içində deyildi. Bir telefon danışığı olub, Səfər Əbiyev də deyib ki, belə şey ola bilməz”.

Globalinfo.az-ın məlumatına görə, 2003-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi üçün ordunun gücündən istifadə etmək nəzərdə tutulub. İ.Nəcəfovun yuxarıda səsləndirdiyi fikirlərdən də aydın olur ki, Mehdiyev qruplaşması bu işə ordunun xüsusi statuslu generallarını cəlb etmək istəyib. Lakin Azərbaycan iqtidarının sayıqlığı və müəyyən şəxslərin sadiqliyi nəticəsində bu xain planın qarşısı alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
globalinfo.az

3Mənbələr