Bakı. Trend:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və AzərbaycanBeynəlxalq Bankı (ABB) arasında müvəkkil kredit təşkilatıvasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştlikreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Trend bubarədə EMTA-ya istinadən xəbər verir.
Bildirilib ki,bu əməkdaşlıq Fondun vəsaiti hesabına enerjieffektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqiməqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrətədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştlikreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotununaparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılmasıqaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatınınAgentlik qarşısında hesabatlılığına dair münasibətlərintənzimlənməsində razılığa gəliblər.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki,güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyatakeçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.“Vətəndaşlar, eləcə də müəssisələr bu imkanlardan yararlanabiləcəklər. Bu addımlar ölkəmizdə enerji effektivliyi sahəsindəişlərin davamlı və sistemli şəkildə aparılmasına töhfə verir. Eynizamanda, bu istiqamətdə dövlət siyasətinin real nəticəyəçevrilməsini təmin edir və vətəndaşlar üçün faydalı imkanlaryaradır” - deyə o, qeyd edib.
Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərininidarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyatakeçirir.