AZ

Taksi sürücülərinin xərcləri artdı – qiymətlər bahalaşacaq?

Bakı.Trend:

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçünsığorta ödənişlərində dəyişiklik edilib. Yeni qaydaya əsasən, minikavtomobilləri taksi kimi istifadə olunduqda avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə illiksığorta haqqının hesablanmasında 1.5 əmsalı tətbiq olunacaq.

Məsələ ilə bağlı taksi xidmətlərində qiymət artımı ehtimalı dagündəmə gəlib. Taksi Sürücülər Birliyindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, icbari sığorta ödənişi ildə bir dəfə həyatakeçirilir və bu dəyişiklik daşıma tariflərinə təsir göstərməyəcək.Qeyd olunub ki, mövcud şəraitdə taksi xidmətlərinin qiymətləridəyişməz qalacaq.

Eyni zamanda, bazarda fəaliyyət göstərən taksi şirkətləri dəməsələyə münasibət bildirib.

“Yango” şirkətindən qeyd edilib ki, dəyişiklik hazırda daxiliqaydada təhlil olunur.

“Bolt” şirkəti isə açıqlamasında bildirib ki, hazırdasərnişindaşıma tariflərində hər hansı artım qeydə alınmayıb.

Seçilən
17
3
az.trend.az

4Mənbələr