AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı məlum olub

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 32,002 milyardmanat təşkil edib.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkəiqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən138,8 milyon manat və ya 0,4%, 2025-ci ilin martın 1-nə nisbətənisə 2,6 milyard manat və ya 8,8% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,887 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da aylıq müqayisədə 50 milyon manatvə ya 0,6%, illik müqayisədə isə 677,2 milyon manat və ya 9,4%artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,231milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələolan göstərici ilə müqayisədə 88,8 milyon manat və ya 0,4%, ötənillin martın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manatvə ya 9,1% çoxdur.

Bundan başqa, bu ilin martın 1-nə ölkə iqtisadiyyatına kreditqoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,884milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb,ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manat və ya 4%artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindənkredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayankredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 5,9%-ni təşkil edib.

Məqalədə:
Seçilən
32
19
az.trend.az

10Mənbələr