Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ilə Fransa Prezidenti Emmanuel Makron arasında gərginlik yaradan açıqlamalara rəsmi Parisdən cavab gəlib.
Fransa lideri Emmanuel Makron, ABŞ Prezidenti Donald Trampın özü və ailəsi barədə səsləndirdiyi fikirləri “səviyyəsiz” adlandırıb və bu cür açıqlamaların cavab verməyə layiq olmadığını bildirib.
Makron iki günlük rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda jurnalistlərə açıqlama verərkən məsələ ilə bağlı danışıb. O qeyd edib ki, hazırda diqqət daha ciddi məsələlərə – müharibələrə, həyatını itirən mülki insanlara və qlobal iqtisadi təsirlərə yönəlməlidir.
“Biz bu gün müharibədə olan qadın və kişilərdən, öldürülən mülki şəxslərdən, regiondakı vəziyyətdən danışırıq. Bu hadisələrin iqtisadiyyatlarımıza təsirini müzakirə edirik. Yanacaq və qaz qiymətləri artır. Bu kontekstdə səsləndirilən sözlər nə xoşdur, nə də səviyyəlidir”, – deyə Makron bildirib.
Fransa Prezidenti əlavə edib ki, Trumpın bu sözlərinə “cavab verməyə dəyməz”.
Qeyd edək ki, Donald Tramp daha əvvəl etdiyi çıxışda Makronun həyat yoldaşı Bricit Makronun ona pis davrandığını iddia etmiş və Fransa liderinin həyat yoldaşından aldığı şillə zərbəsinin təsirindən çıxmadığını söyləmişdi.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.