AZ

Ərzaq qiymətləri artıb



Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən monitorinq edilən ərzaq qiymətləri indeksi, Yaxın Şərqdəki münaqişə səbəbindən enerji qiymətlərinin artması fonunda mart ayında yüksəlib.

Newscenter.az xəbər verir ki, bu barədə FAO-nun açıqlamasında deyilir.

Bildirilir ki, dünya bazarında ticarət edilən ərzaq səbətinin beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 128,5 bal təşkil edib. B u da fevral ayı ilə müqayisədə 2,4 faiz və ötən ilki səviyyədən 1 faiz çoxdur.

Qeyd olunur ki, qlobal taxıl tədarükündə ümumilikdə əlverişli vəziyyətə baxmayaraq, gübrə təchizatındakı fasilələr və yüksək enerji qiymətləri bazar qeyri-müəyyənliyinə səbəb olur.

Anar
Seçilən
56
1
newscenter.az

7Mənbələr