AZ

Novruz Məmmədov: Səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Mən işləmirəm, təqaüdə çıxmışam. Hazırda öz işlərimi görürəm, kitablarımı, məqalələrimi yazıram. Başqa işlərim də var, üzərində işləyirəm".

Bu fikirləri Oxu.Az-a açıqlamasında sabiq baş nazir Novruz Məmmədov deyib.

O bildirib ki, səhhətində heç bir problem yoxdur:

"Mənim səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam. Şükür, yaxşıyam".

11:54

Uzun illər Azərbaycanın siyasi elitasında təmsil olunan, Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışan, o cümlədən baş nazir olan Novruz Məmmədovun Azərbaycan Dillər Universitetindəki işindən ayrılması ilə bağlı məlumat yayılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Novruz Məmmədov iki ildən çoxdur ki, tutduğu vəzifədən ayrılıb.

Açıqlamada qeyd olunub ki, o, son dəfə öz istəyi ilə işdən çıxıb, buna səbəb isə yaşı olub.

Məhərrəm Əliyev

11:22

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.

Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.

Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur, həmçinin elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Xatırladaq ki, Azərbaycanın 9-cu baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.

N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.

N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
35
oxu.az

10Mənbələr