AZ

Musəvinin ruhu 40 gün İranda dolaşdı – Baş Qərargah rəisi nəhayət dəfn edilir

İranın hərbi elitasının ən yüksək rütbəli simalarından biri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Əbdürrəhim Musəvi ilə vida mərasimi Qum şəhərində keçirilir.

Musavat.com xəbər verir ki, müharibənin ilk günündə (28 fevral) Tehranda həlak olan yüksək rütbəli zabitin dəfn proseduru müəmmalı şəkildə yalnız 40 gündən sonra baş tutur. Müharibənin başladığı andan etibarən taleyi barədə müxtəlif şayiələr gəzən generalın ölümü Tehran tərəfindən uzun müddət gizli saxlanılsa da, bu gün keçirilən izdihamlı mərasim reallığı ortaya qoyub.

Qeyd olunur ki, Musəvinin dəfninin bu qədər gecikdirilməsi həm ölkə daxilindəki hərbi ruh düşkünlüyünün qarşısını almaq, həm də varislik məsələlərini həll etmək məqsədi daşıyıb.

Hazırda Qum şəhərində keçirilən mərasimdə İranın sağ qalan hərbi rəhbərliyi və minlərlə tərəfdarı iştirak edir. Bu hadisə İran ordusunun müharibənin elə ilk saatlarında nə qədər ağır zərbə aldığının ən böyük sübutu kimi qiymətləndirilir.



Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr