AZ

Gəncədən qalxdıqdan sonra qəzaya uğrayan təyyarə ilə bağlı hesabat Xarici müdaxilə...

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandan qalxdıqdan sonra Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı hesabat hazırlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Jandarma Baş Komandanlığının hesabatına görə, təyyarədə xarici müdaxilə və ya partlayıcı maddə aşkar edilməyib.

"Təyyarənin yaxınlığında heç bir qəlpə izi və ya əldəqayırma partlayıcı qurğunun zərbəsindən yaranan zədə aşkar edilməyib. Hər hansı partlayıcı qurğudan və ya onun komponentlərindən yaranan partlayış əlamətləri də yoxdur", - deyə məlumatda qeyd olunub. 

Hesabatda heç bir yanğına səbəb olacaq neft qalıqları və ya alovu sürətləndirən maddənin tapılmadığı və təyyarə qalıqlarının "elementar analizi" zamanı şübhəli kimyəvi maddələrin aşkar edilmədiyi bildirilir.

Digər tərəfdən, Hərbi Hava Qüvvələri Komandanlığının Qiymətləndirmə və Təftiş İdarəsi tərəfindən qəzanın başvermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, ötən ilin noyabr ayında baş verən faciədə təyyarədə olan 20 nəfərin hamısı həlak olmuşdu. 

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
unikal.az

10Mənbələr