AZ

Tramp NATO nu belə sarsıda bilər Hiyləgər gedişat

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp NATO-nu içəridən sarsıtmaq üçün “hiyləgər arsenal”a malikdir”.

Globainfo.az xəbər verir ki, bu barədə Britaniyanın ” The Telegraph” qəzeti  NATO-nun siyasət planlaşdırma şöbəsinin keçmiş rəhbəri Fabris Potyeyə istinadən məlumat yayıb.

“Alyansa, onun etibarlılığına və çəkindirici təsirinə zərər vermək üçün NATO-dan ayrılmağa ehtiyac yoxdur. Məsələn, Tramp NATO Nizamnaməsinin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddəsini “yumşalda” bilər. Maddədə NATO-nun bir üzvünə hücumun hamıya hücum kimi qiymətləndirildiyi qeyd olunur.

Burada müttəfiqlərin təcavüz halında necə hərəkət etməli olduqları göstərilməyib və bu da Trampa ABŞ-ın NATO üzvlərinə hücuma necə cavab verəcəyini açıq şəkildə bildirmək azadlığı verir”, – deyə Potye bildirib.

Qeyd edək ki,  aprelin 1-də Tramp müttəfiqlərin İrana qarşı hərbi əməliyyata kömək etməkdən imtina etməsi səbəbindən ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini deyib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
50
globalinfo.az

10Mənbələr