AZ

Klublar təmsil etdikləri bölgələrdə oynamalıdır Rövşən Nəcəf

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Klublar təmsil etdikləri bölgələrdə oynamalıdır" - Rövşən Nəcəf

"Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynamaları üçün tələblər sərtləşdiriləcək. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur".

QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalistin "Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin" fikrinə R.Nəcəf belə cavab verib:

"Tamamilə doğru deyirsiniz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nin iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var. Bunu təmin etməyə çalışırıq. Hazırda İK-nin iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klublar gələ bilər, onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qol.az

2Mənbələr