Myanma İttifaq Assambleyasının (parlamentinin) nümayəndələrindən ibarət Seçicilər Kollegiyası bu gün Min Aun Hlaynı ölkənin prezidenti seçib.
"Far.Az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyindən bildirilib.
Min Aun Hlayn deputatların 584 səsindən 429-nu qazanıb. O, dövlət başçısı postuna irəli sürülmüş üç namizəddən biri olub. Digər iki namizəd ölkənin vitse-prezidentləri olub.
Qeyd edək ki, Min Aun Hlayn 2011-ci ildən Myanma silahlı qüvvələrinə rəhbərlik edib və prezident postuna keçidlə əlaqədar baş komandan vəzifəsindən istefa verib.