ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyində yerləşən "Həbşan" qaz kompleksində güclü partlayış və yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yanğın ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqlarının obyektin ərazisinə düşməsi nəticəsində yaranıb.
Hadisə ilə əlaqədar strateji əhəmiyyətli qaz emalı müəssisəsində istehsalat və bütün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.