Mingəçevirdə evdə qadın meyiti aşikarlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində qeydə alınıb.
1964-cü il təvəllüdlü Şükufə Aslanova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.