AZ

Türkiyədə faciə - Tur gəmisi batdı

Ajans.az Hürriyyət-ə istinadən xəbər verir ki, hadisə zamanı gəmidə olan 7 nəfərdən 6-sı sağ xilas edilib, itkin düşən bir nəfərin isə meyiti tapılıb. Hadisə gecə saat 01:00 radələrində Ölü dənizdə baş verib. Sahilə yaxın məsafədə lövbər salmış tur gəmisinin bağlandığı kəndir fırtına səbəbindən qopub. İçərisində 7 nəfərin olduğu gəmi güclü küləyin təsiri ilə sürüklənərək qayalara çırpılıb. Su almağa başlayan gəmi qısa müddətdə çevrilərək sahilə yaxın ərazidə batıb. Ətrafdakı vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumat əsasında əraziyə Sahil Mühafizəsi, Jandarma Axtarış-Xilasetmə (JAK) və tibb briqadaları cəlb olunub. Muğlanın Fəthiyə rayonunda qayalara çırpılaraq batan tur gəmisində itkin düşən 59 yaşlı İbrahim Özbekin aparılan axtarışlar nəticəsində gəminin içərisində meyiti tapılıb. Onun gəmidə aşpaz kimi çalışdığı və bir uşaq atası olduğu bildirilib. Özbekin cənazəsi Fəthiyə Dövlət Xəstəxanasının morquna təhvil verilib. Batan gəminin sahilə çıxarılması işlərinə sabah başlanacaq.

Seçilən
30
Ajans.az

1Mənbələr