Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı təqdimatda dual peşə təhsili üzrə son illərin inkişaf göstəriciləri açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, təqdimata əsasən, dual təhsil (Dual peşə təhsili, nəzəri biliklərin peşə məktəbində, praktiki bacarıqların isə birbaşa iş yerində (şirkətdə) eyni vaxtda öyrənildiyi təhsil modelidir) modelinə qoşulan tələbələrin sayı ildən-ilə artır.
Belə ki, 2022-ci ildə 828 nəfər olan tələbə sayı 2023-cü ildə 872-yə yüksəlib. 2024-cü ildə bu rəqəm 1 273 nəfərə çatıb. 2025-ci il üçün proqnoz isə 1 704 nəfərdir.
Dual təhsil üzrə qrup sayı 2022-ci ildə 44 olduğu halda, 2023-cü ildə 43, 2024-cü ildə 70, 2025-ci ildə isə 93-ə yüksəlməsi gözlənilir.
Modelin tətbiq olunduğu peşə təhsil müəssisələrinin sayı da artmaqdadır – 2022-ci ildə 15 olan PTM-lərin sayı 2023-də 20-yə, 2024-də 25-ə, 2025-ci ildə isə 27-yə çatacaq.
İxtisasların sayı 2022-ci ildə 23-dən başlayaraq 2023-cü ildə 22, 2024-cü ildə 30, 2025-ci ildə isə 39 olacaq. Dual sistemdə əməkdaşlıq edən işəgötürənlərin sayı da artaraq 2022-ci ildəki 80-dən 2023-də 100-ə, 2024-də 120-yə, 2025-ci ildə isə 150-yə yüksələcək.
Məlumata əsasən, dual peşə təhsili hazırda ölkənin 18 regionunda tətbiq olunur və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığında mühüm rol oynayır.
"Cebheinfo.az"