AZ

Azərbaycanın maliyyə sektoru: 2026-cı ilin I rübü üzrə nəticələr

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan maliyyə sektorumakroiqtisadi sabitlik və rəqəmsal transformasiya sahələrində birsıra əhəmiyyətli göstəricilər və təşəbbüslər nümayiş etdirib.Mərkəzi Bankın valyuta ehtiyatları 11,657 mln. ABŞ dollarına çatıb,illik artım 5.7% təşkil edib. Yanvar-fevral aylarında xariciticarət profisiti 1.1 mlrd. ABŞ dolları olub. Fevral ayı üzrə illikinflyasiya 5.7% təşkil edib, qida məhsulları, alkoqollu içkilər vətütün məmulatlarında qiymət artımı 6.8%, ödənişli xidmətlərdə 5.7%,qeyri-qida məhsullarında isə 3.7% olub. Baza inflyasiya 5.6%səviyyəsində qeydə alınıb.

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankınfiliallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,507olub. Bankların cəmi aktivləri 57,132.8 mln. manat, cəmiöhdəlikləri 49,617.4 mln. manat, balans kapitalı 7,515.4 mln. manattəşkil edib. Hesabat ayında bankların kredit portfeli 0.5% və ya138.8 mln. manat artaraq 30,118.9 mln. manat olub. Kreditportfelinin 53.3%-i biznes kreditləri, 31.4%-i istehlak kreditlərivə 15.3%-i ipoteka kreditlərindən ibarətdir. 2026-cı ilinyanvar-fevral aylarında banklar 189.7 mln. manat xalis mənfəət,301.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblə. Cariilin 2 ayında banklar tərəfindən ümumilikdə 47.7 mln. manatməbləğində mənfəət vergisi ödənilib.

Dövlət büdcəsi də bu dövrdə artım dinamikası nümayiş etdirib.Belə ki, dövlət büdcəsi yanvar-fevral aylarında 6,311.5 mln. manatgəlir əldə edib, proqnozu 0.9% üstələyib, xərclər 4,803.4 mln.manat təşkil edib. İcmal büdcə 7,558.3 mln. manat gəlir və 5,338.4mln. manat xərclə icra olunub.

Yanvar-fevral aylarında valyuta bazarında nağd xarici valyutanınalışı satışını 51 mln. ABŞ dolları üstələyib, rezident fizikişəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 27.7%-ə düşüb. Pulbazası 23,765 mln. manat təşkil edib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində maliyyə naziri Sahil BabayevDünya Bankı ilə su və kənd təsərrüfatı layihələrini müzakirə edib.BVF nümayəndələri regiona səfər edərək bərpa işləri vəinfrastruktur layihələri ilə tanış olub. Maliyyə Nazirliyininnümayəndə heyəti Serbiyada dövlət maliyyəsinin rəqəmsalidarəedilməsi və büdcə planlaşdırılması üzrə təcrübə mübadiləsiaparıb. Slovakiya və Qara Dəniz Ticarət və İnkişaf Bankı iləiqtisadi və enerji sahəsində əməkdaşlıq davam edib.

Rəqəmsal transformasiya sahəsində Prezident İlham Əliyev“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS)Əsasnaməsini təsdiqləyib. Bu sistem büdcə planlaşdırılması, maliyyənəzarəti, dövlət borcu və investisiya layihələrinin monitorinqiüçün vahid platforma rolunu oynayır. Eyni zamanda, bank sirriməlumatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi mexanizmləriniəhatə edən qanunvericilik dəyişiklikləri qəbul edilib.

Bundan başqa, bu ilin birinci rübündə Elektron Büdcə Bələdçisiportalı istifadəyə verilib. Bildirilib ki, Azərbaycan RespublikasıMaliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha genişiştirakının təmin edilməsi, şəffaflığın və operativliyinartırılması, vahid informasiya bazasının formalaşdırılması, habeləbüdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirməkməqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi)portalını istifadəyə verib. Qeyd edilib ki, yeni portal dövlətmaliyyəsinin idarə olunması sahəsində həyata keçiriləninstitusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla,dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmişşəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Həmçinin dövr ərzində "Bank BTB" ASC bank olmayan kredittəşkilatına (BOKT) çevrilib. Onun aktiv və öhdəlikləri ABB-yəötürülüb. Bildirilib ki, bu çevrilmə bankın kreditorları vəəmanətçiləri üçün risk yaratmır.

Hesabat dövründə AMB və "UnionPay" əməkdaşlığa imza atıblar. Buəməkdaşlıq nağdsız ödənişlərin inkişafını, kart emissiyasını və QRtexnologiyalarının inteqrasiyasını nəzərdə tutur. Kriptoaktivlərbazarı haqqında qanun layihəsi fintex ekosisteminin inkişafına vərəqəmsal maliyyə xidmətlərinə əlçatanlığın artırılmasınayönəlib.

Beynəlxalq reytinq agentlikləri və analitiklər Azərbaycanmaliyyəsinin dayanıqlılığı və bank sektorunun perspektivləri barədəmüsbət qiymətləndirmələr verirlər. "Fitch Ratings" agentliyininməlumatına görə, ölkədə bir çox banklar artıq "Bazel III"tələblərinə hazırdır və bu standartların tətbiqi bankların kreditportfelinə əhəmiyyətli təsir göstərməyəcək. Agentlik həmçininbildirir ki, yerli banklar əsasən ticarət və xidmət sektorunakredit verirlər, neft-qaz şirkətlərinə böyük həcmlərdə kredityönəltmirlər və bu səbəbdən kredit portfelinin strukturu əsasənsabit qalır.

"Fitch" eyni zamanda Azərbaycan dövlətinin yüksək maliyyəçevikliyinə malik olduğunu, dövlət borcunun aşağı səviyyədəolduğunu və normativ-hüquqi bazanın təkmilləşdirilməkdə olduğunuvurğulayır. Bununla yanaşı, agentlik qeyd edir ki, Dövlət NeftFondu və Mərkəzi Bank arasındakı rolların bölüşdürülməsi sahəsindəmüəyyən qeyri-müəyyənliklər qalır.

"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycan dövlətborcunun 2026-cı ildə ÜDM-in 23,9 %-ni, 2027-ci ildə isə 23,8 %-nitəşkil edəcəyini proqnozlaşdırır. Agentliyin qiymətləndirməsinəgörə, dövlət borcuna xidmət yükü büdcə gəlirlərinin 6-7 %-niötməyəcək və bu göstəricilər fiskal dayanıqlılıq baxımından komfortsəviyyəsindədir.

Niderlandın "ING Group" bank qrupu Azərbaycanın xariciehtiyatlarının artmasını və manatın sabit məzənnəsinin qorunmasınıqeyd edir. Analitiklər bildirirlər ki, xarici buferləringüclənməsi, konsolidə edilmiş büdcə balansının profisiti və regionvalyutalarının möhkəmlənməsi manatın stabilliyini dəstəkləyir.Bununla yanaşı, inflyasiya və iqtisadi artım göstəriciləri yumşaqxarakter daşıdığından, orta müddətdə faiz dərəcələrinin endirilməsiüçün də şərait mövcuddur.

"S&P Global Ratings" agentliyi Azərbaycan bank sektorununrisk qiymətləndirməsini 8-dən 7-yə yüksəldib və tənzimləmə ilənəzarətin gücləndirilməsinin kredit risklərini azaltdığınıvurğulayır. Agentlik hesab edir ki, ölkədə "Bazel III" tələblərinəuyğun kapital strukturunun formalaşdırılması, stres-testlərinsərtləşdirilməsi və sanasiya mexanizminin tətbiqi bank sektorunundayanıqlığını artıracaq. Həmçinin, bir sıra bankların, o cümlədən"PAŞA Bank" və "Kapital Bank"ın reytinqləri pozitiv proqnozlatəsdiqlənmiş, "PAŞA Bank"ın IPO potensialı kapital buferləriniartıracaq.

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan dövlət borcunun2026-cı ildə ÜDM-in 20,7 %-ni, 2032-ci ildə isə 20 %-dən aşağısəviyyədə olacağını proqnozlaşdırır. Eyni zamanda, dövlət zəmanətiilə alınan borcun ÜDM-dəki payı sabit qalacaq və xarici borcun ortaödəniş müddəti 5,1 il təşkil edəcək.

Ümumilikdə, beynəlxalq reytinq agentlikləri və analitiklərAzərbaycan maliyyəsinin dayanıqlı olduğunu, bank sektorununtənzimlənmə və kapital göstəricilərinin gücləndiyini, dövlətborcunun isə makroiqtisadi sabitlik üçün təhlükə yaratmadığınıvurğulayırlar.

Beləliklə, 2026-cı ilin birinci rübündə Azərbaycan maliyyəsektoru sabitlik, dayanıqlı inkişaf və rəqəmsal transformasiyasahələrində əsas göstəricilərini qoruyub saxlayıb və beynəlxalqəməkdaşlıq təşəbbüslərində iştirak edib.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr