AZ

Lukaşenko Trampa İranla bağlı məsləhət veribmiş

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampla danışıqları zamanı İranla bağlı mövqeyini bölüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Lukaşenko bildirib ki, amerikalılar onun tövsiyələrini nəzərə almağa başlayıblar: “Mən onlara demişdim ki, İsrail İranla döyüşmək istəyirsə, qoy döyüşsün. Siz niyə müdaxilə edirsiniz? Orada öz hərbçilərinizi itirə bilərsiniz”.

Onun fikrincə, nəticədə sağlam düşüncə üstün gəlib və hazırda ABŞ münaqişədən tədricən geri çəkilməyə çalışır.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
3
globalinfo.az

4Mənbələr