Unikal.az saytına istinadən ain.az xəbər verir.
"2020-ci ildə 900-dən çox şəraitsiz məktəb var idi. Son 5-6 ildə görülən işlər nəticəsində bu say 400-ə qədər azalıb".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
Nazir müavini bildirib ki, hər il 60-70 məktəbi təmir edildikdə 2030-cu ilədək şəraitsiz təhsil müəssisəsi problemi aradan qalxacaq.
"Artıq 3600-dən çox məktəb binası əsaslı şəkildə təmir olunub, yenidən tikilib. Düzdür, problemlərimiz qalıb. Problemləri açıq danışmaq vacibdir".
Anar Kəlbiyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.