AZ

Kelloq: “ABŞ ın NATO müttəfiqləri qorxaqdırlar”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı siyasətçi yeni hərbi-siyasi ittifaq yaratmağı təklif edib

ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq NATO ölkələrini Tehranla münaqişədə Vaşinqtona kömək etmək istəmədiklərinə görə "qorxaq" adlandırıb və yeni hərbi-siyasi ittifaq yaratmağı təklif edib. AYNA.AZ xəbər verir ki, o bu açıqlamanı “Fox News”a deyib.

"NATO ölkələri özlərini qorxaq kimi sübut etdilər", - deyə o bildirib.

Kelloq qeyd edib ki, bəlkə də ABŞ-ın "yeni NATO"ya ehtiyacı var.

"Mövcud müdafiə ittifaqlarını yenidən nəzərdən keçirin, bəlkə də Yaponiya, Avstraliya və getdikcə daha çox aktivləşən Almaniya və ya Polşa kimi döyüşlərdə iştirak etmək istəyən bəzi Avropa ölkələri ilə ittifaq yaradılsın?! Hətta özünü yaxşı müttəfiq kimi sübut etmiş Ukrayna ilə də", - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
ayna.az

1Mənbələr