AZ

Öldüyü deyilən Qulamhüseyn Möhsəni-Ejei sağ imiş: Ağac əkdi, Trampa ağır sözlər dedi - FOTO

İran İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin sağ olduğu üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, Qulamhüseyn Möhsəni-Ejein aprelin 2-də ölkədə qeyd olunan Təbiət Günündə ağac əkib.
 
 
Məhkəmə sədri açıqlamasında ABŞ-ni sərt tənqid edib:
 
"Bu gün biz təcavüzkar və təkəbbürlü Amerika rejiminin başçısının öz xəyallarında yaşadığını, İran xalqının və infrastrukturumuzun məhv edilməsindən danışdığını və absurdlar uydurduğunu görürük. Onlar bilməlidir: İran xalqı və ölkəsi dərin köklərə malikdir, bir sivilizasiyaya malikdir və buna dair kifayət qədər dəlil var. Məsələn, əsrlər boyu torpağımızda bitən və yaşı lideri axmaqlığı ilə əməyimizi və nəslimizi təhdid edən ölkənin yaşından dəfələrlə böyük olan bu ağaclar".
Seçilən
17
1
moderator.az

2Mənbələr