ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini-Ejei aprelin 2-də qeyd olunan Təbiət Günündə (Sizdah Bedar) gənc ağac əkib.
Ölkə.Az xəbər verir ki, bu barədə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) mətbuat xidməti məlumat yayıb.
Möhsini-Ejeinin sözlərinə görə, iranlılar əsrlər boyu yaşıl və təbiətyönümlü bir sivilizasiya qurublar ki, bu da İslam təlimləri ilə birləşərək ölkə xalqını və mədəniyyətini zənginləşdirib.
"Bu gün biz görürük ki, öz xəyallarında yaşayan təcavüzkar və təkəbbürlü Amerika rejiminin rəhbəri İran xalqının və infrastrukturumuzun məhv edilməsindən danışır, cəfəngiyatlar uydurur. Bu iblis xislətli adam bilməlidir: İran xalqı və ölkəsi köklü bir tarixə və sivilizasiyaya malikdir. Bunun sübutları çoxdur — məsələn, bizim torpağımızda əsrlərdir böyüyən və yaşı, rəhbəri yüngül ağılla bizim əməyimizi və nəslimizi təhdid edən ölkənin yaşından dəfələrlə çox olan bu ağaclar," — deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Al Hadath telekanalı Möhsini-Ejeinin Tehrana edilən hava hücumlarından biri nəticəsində həlak olduğu barədə məlumat yaymışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.