AZ

Qırğızıstan və Rusiya Özbəkistandan keçən yeni nəqliyyat dəhlizini müzakirə edib

BAKI, 3 aprel. TELEQRAF

Qırğızıstanın nəqliyyat və kommunikasiyalar naziri Talantbek Soltobayev Sankt-Peterburqda rusiyalı həmkarı Aleksandr Nikitin ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər logistika sahəsində əməkdaşlığın əsas sahələrini, eləcə də nəqliyyat əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.

Qırğızıstanın Asiya Avtomobil Yolları şəbəkəsi də daxil olmaqla, yol nəqliyyatı və yol infrastrukturu sahəsində beynəlxalq müqavilələrə qoşulması məsələlərinə xüsusi diqqət yetirilib.

Türkmənistanın Türkmənbaşı limanına və Rusiya limanlarına çıxışı olan Özbəkistan ərazisindən keçən yeni beynəlxalq nəqliyyat marşrutunun açılması üzrə işlərin intensivləşdirilməsi də müzakirə olunub.

Görüşün yekununda Qırğızıstan-Rusiya əməkdaşlığını daha da gücləndirmək və genişləndirmək, eləcə də davamlı nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və regionun tranzit potensialının artırılması barədə razılıq əldə edilib.

Seçilən
24
teleqraf.com

1Mənbələr