AZ

Kallas Ursula von der Leyenlə aralarında qarşıdurma olması barədə iddialara münasibət bildirib

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə aralarında qarşıdurma olması barədə iddialara münasibət bildirib.

“Politico”nun məlumatına görə, Kallas Ursula von der Leyenlə aralarındakı qarşıdurmanı kiçiltməyə çalışıb.

“Kim yaxşı “pişik davası” haqda hekayəni sevməz? Zarafatı bir kənara qoysaq, biz çox yaxşı anlaşırıq”, — Kallas ERR-ə müsahibəsində deyib.

“Politico” Aİ diplomatları, rəsmiləri və deputatlarına istinadən Brüsseldə üst-üstə düşən səlahiyyətlər və paralel güc mərkəzlərinin yaradılması səbəbindən bu iki yüksək rütbəli xanım arasında rəqabət olduğunu yazıb.

Belə ki, gərginlik yaradan əsas məsələlərdən biri də Ursula von der Leyenin rəhbəri olduğu Komissiya daxilində Kallasın rəhbərlik etdiyi “European External Action Service” strukturunda mövcud quruma bənzər kəşfiyyat bölməsi yaratmaq qərarı olub.

“Mənim fikrimcə, Avropada səyləri təkrarlamaq olmaz. Əgər hansısa iş artıq bir yerdə yaxşı görülürsə, qoy orada da davam etsin”, — Kallas bildirib.

O, institusional gərginliyin əvvəldən mövcud olduğunu etiraf etsə də, bunu rəqabət deyil, səmərəlilik məsələsi kimi qiymətləndirib.

“Avropa vahid komanda kimi işləməlidir,” — Kallas vurğulayıb və əlavə edib ki, vətəndaşlar Aİ institutları arasındakı fərqi hiss etmirlər.

Seçilən
25
1
apa.az

2Mənbələr