AZ

Dünya Çempionatı üçün bu dəfə Tarkan yox, başqa məşhur seçildi FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə futbol millisinin 2026 Dünya Çempionatına vəsiqə qazanması qardaş ölkədə böyük coşqu ilə qarşılanıb. 2002-ci ildəki tarixi uğur zamanı Tarkanın ifa etdiyi “Bir Oluruz Yolunda” mahnısının yaratdığı ruhu yenidən canlandırmaq istəyən futbolsevərlərin gözü yeni turnir mahnısının kim tərəfindən bəstələnəcəyinə dikilib.

İdman.Biz xəbər verir ki, hamı yenidən Tarkanın adını çəksə də, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun seçimi fərqli olub. Federasiya rəhbəri yeni milli komanda marşı üçün məşhur musiqiçi Sinan Akçıla zəng edib.

Sinan Akçıl sosial şəbəkə hesabında etdiyi paylaşımla bu sürpriz addımı təsdiqləyib. O, TFF prezidenti ilə görüşəcəyini bildirərək deyib:

“Gələn həftə Riva (TFF-nin qərargahı) ziyarətim olacaq. Mövzu hər zaman olduğu kimi “qırmızı-ağ”dır”.

Akçılın bu açıqlaması 2026-cı il Dünya Çempionatı öncəsi yeni milli marşın məhz onun tərəfindən hazırlanacağı iddialarını qətiləşdirib. İndi bütün diqqətlər gələn həftə baş tutacaq rəsmi görüşə və ondan sonra atılacaq addımlara yönəlib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr