AZ

Makron ABŞ və Çinə sataşdı : “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Məqsədimiz iki dominant gücün vassalı olmamaqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seuldakı Yonsei Universitetində tələbələrlə görüşdə deyib.

Makron Fransa və Cənubi Koreya kimi demokratik dövlətlərin birlikdə nail ola biləcəyi bir çox şey olduğunu iddia edib.

O daha sonra ABŞ və Çinə işarə edərək, onların basqısı altında qalacaq dövlət olmayacaqlarını qeyd edib: “Qlobal arenada üçüncü yol da var. Biz Çinin dominantlığına, ABŞ-ın qeyri-müəyyənliyinə məruz qalmaq istəmirik. Bəli, faktdır ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra qlobal nizamın qurulmasında əsas rol oynayıb. Lakin bu gün üzləşdiyimiz problem ondadır ki, ən çox məsuliyyət daşıyan dominant ölkələr beynəlxalq nizamı təhlükəyə atmağa başlayıblar".

Samir MUSAYEV

Mia.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
13
mia.az

10Mənbələr