Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.
H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */





