AZ

Hörmüz boğazı açılıb?

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hörmüz boğazından keçən gəmilərin sayında nəzərəçarpan artım qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" "Windward"a istinadən məlumat yayıb. Bildirilib ki, çərşənbə günü boğazdan keçən su nəqliyyatı vasitələrinin sayı 16-ya yüksəlib.

"Onların hamısı İranın Larak adası yaxınlığındakı marşrutla irəliləyib. Bu, həmin göstəricidə artımın qeydə alındığı ardıcıl üçüncü gündür", - deyə açıqlamada qeyd olunub.

"Windward" hesab edir ki, boğazdan tranzit fəaliyyəti yaxın günlərdə daha da arta bilər.

"Al Jazeera"nin məlumatına görə, bu tendensiyaya baxmayaraq, Hörmüz boğazında göstərici aşağı olaraq qalır.

Bildirilib ki, Yaxın Şərq münaqişəsi başlamazdan əvvəl boğazdan hər gün təxminən 130 gəmi keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr