AZ

Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Missiya.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.

Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da həmin gün Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
23
19
missiya.az

10Mənbələr