AZ

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

Ağ Ev cümə günü 2027-ci maliyyə ili üçün rekord 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Breaking Defense” portalı məlumat yayıb. Bildirilir ki, silahların hazırlanması və tədarükü üçün təxminən 760 milyard dollar ayrılacaq. “Qızıl Günbəz” hava hücumundan müdafiə sistemi, gəmiqayırma və F-35 qırıcı təyyarələri ilə bağlı proqramlara xərclərin artırılması planlaşdırılır.

Ağ Ev müxtəlif modifikasiyalı 85 ədəd F-35 qırıcı təyyarəsi almağı təklif edəcək. 18 döyüş və 16 qeyri-döyüş gəmisinin hazırlanması üçün 65,8 milyard dollar ayrılması planlaşdırılır. Layihəyə əsasən, “Qızıl Günbəz”in maliyyələşməsinə 17,5 milyard dollar sərf olunacaq.

Pentaqonun ətraflı büdcə planını aprelin 21-də açıqlayacağı gözlənilir.

Seçilən
28
50
azerbaijan-news.az

10Mənbələr