AZ

Rey Kərimoğlu: Maarifləndirmə sonuncu mina tapılıb çıxarılana kimi davam etməlidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanda ANAMA yaranandan maarifləndirmə işi də paralel aparılır. Eyni zamanda, bu işdə ixtisaslı QHT-lər də fəaldırlar. Maarifləndirmə sonuncu mina tapılıb çıxarılana kimi davam etməlidir. Mina təhlükəsizliyi ilə bağlı maarifləndirmənin dayandırılması doğru deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin (AMZA) sədri Rey Kərimoğlu QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.

O bildirib ki, regionda yaşayacaq insanlarla bərabər, Bakıda, ali məktəblərdə, nazirliklərdə də maarifləndirmə həyata keçirilməlidir. Bu, aktual, vacib məsələdir, onun sürətini və miqyasını genişləndirmək lazımdır. Dövlət qurumları ilə yanaşı, QHT-lər də bu istiqamətdə fəaliyyət göstərir. Amma təcrübə göstərir ki, bu, azdır. Müxtəlif formalarla təkrar olunmalıdır. Hər bir vətəndaş təhlükəni hiss etməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
azertag.az

2Mənbələr