AZ

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub

Azərbaycan
3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.
Seçilən
11
8
1news.az

10Mənbələr