AZ

Təxribatla bağlı qanuna - Süni intellekt də daxil edilir

Azərbaycanda təxribat törədən şəxslərlə bağlı qanuna dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etmə – 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər:
- mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə;
- fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədildikdə;
- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
- ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd: Bu Məcəllənin 282-ci maddəsi ilə nəzərdə tutulan əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.
Seçilən
23
12
yenilik.az

10Mənbələr