AZ

"Trampla birgə İrana qarşı hücumları gücləndirəcəyik" - Netanyahu

Atəşkəs xəbərləri fonunda İsrail ABŞ prezidenti Donald Tramp və ABŞ ordusu ilə tam koordinasiyada İrana qarşı hücumları gücləndirməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Təl-Əvivdəki Kirya hərbi bazasında vəziyyətin qiymətləndirilməsi zamanı bildirib.

Onun sözlərinə görə, hərbi fəaliyyət intensiv şəkildə davam edir: "Amerikalı dostlarımızla birlikdə İrandakı terrorçu rejimi əzməyə davam edirik. Komandirləri məhv edirik, körpüləri və infrastrukturu bombalayırıq".

Ağarza Elçinoğlu 

Seçilən
15
1
unikal.az

2Mənbələr