AZ

Zelenskidən dünyanı qarışdıran "məxfi plan": Əvvəl Kiyevə, sonra Moskvaya

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni dayandırmaq üçün diplomatik gedişlərini sürətləndirib. O, tamamilə yeni və gözlənilməz təkliflə çıxış edib.

Publika.az xəbər verir ki, Zelenski birbaşa üçtərəfli görüşlərə alternativ olaraq ABŞ-ın texniki danışıqlar qrupunun “estafet” üsulu ilə hərəkət etməsini istəyib.

Zelenski təklifinin mahiyyətini belə izah edib: “Amerikalı qrup bizə gələ bilər, bizdən sonra isə Moskvaya yollansınlar. Əgər üçümüz bir yerdə otura bilmiriksə, gəlin bunu növbəli şəkildə edək. Bu, bizim rəsmi təklifimizdir”.

Ukrayna lideri bildirib ki, hazırda ABŞ-ın yeni administrasiyası ilə danışıqların təşkilində çətinliklər var. Onun sözlərinə görə, Donald Trampın komandası İrandakı gərginlik səbəbindən digər ölkələrə səfər etməkdən çəkinir. Rusiya isə öz növbəsində danışıqların ABŞ ərazisində keçirilməsinə qəti şəkildə razı olmur. Zelenskinin "məkik diplomatiyası" adlanan yeni gedişi məhz bu diplomatik kilidi açmağa hesablanıb.

Analitiklər hesab edir ki, bu format Ukrayna və Rusiya arasında birbaşa dialoqu istisna etdiyi üçün dayanıqlı sülhə nail olmağı çətinləşdirə bilər. Kreml hələlik bu təklifə rəsmi cavab verməyib.

Seçilən
15
1
publika.az

2Mənbələr