

NOCOMMENT.az xəbər verir ki, təltif olunanlardan biri də polkovnik Bağırov Ceyhun Əkbər oğludur.
O, Mühəndis Qoşunlarının komandiridir. Polkovnik rütbəli zabit işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində xüsusi əməyi olan şəxslərdəndir.
Ona Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin dekabrında Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə polkovnik rütbəsi verilib.
Eyni zamanda Qarabağ ordeni, Fizulinin azad olunmasına görə,Cəbrayılın azad olunmasına görə ,Zəngilanın azad olunmasına görə,Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.\\Oxu24.com