AZ

Şəhid Milli Qəhrəmanın şəhadətə qovuşduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanovun şəhid olduğu gündür.

News365.az xatırladır ki, Samid İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirərək hərbi xidmətə başlayıb.

O, Xüsusi Təyinatlı Qüvvələrdə müxtəlif vəzifələrdə xidmət edib, qrup komandiri müavinindən hərbi hissənin qərargah rəisinədək yüksəlib. Samid İmanov peşəkar hərbçi kimi formalaşmaq üçün Türkiyə, Pakistan, İsveçrə və Rumıniyada ixtisasartırma kurslarında iştirak edib.

2014-cü ildə təmas xəttində keçirilən əməliyyat zamanı onun rəhbərlik etdiyi dəstə qarşı tərəfə ciddi zərbə vurub.

Mayor Samid İmanov 2016-cı ilin aprel döyüşlərində Tərtərin Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Aprelin 3-dən 4-nə keçən gecə yaralansa da, döyüş mövqeyini tərk etməyərək əsgərlərinin həyatını xilas edib.

O, son ana qədər döyüşərək qəhrəmancasına şəhid olub. Şəhidin nəşi aprelin 8-də neytral ərazidən götürülərək doğma Neftçalaya gətirilib və ertəsi gün doğma rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə Samid İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Seçilən
9
16
news365.az

10Mənbələr