AZ

Pentaqon məlumatları gizlədir - Şok iddia

Pentaqon məlumatları gizlədir - Şok iddia

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ABŞ-İsrail və İran arasındakı müharibə çərçivəsində həlak olan və yaralanan amerikalı hərbçilərin sayına dair aktual məlumatları paylaşmadığı və itkilərin ictimaiyyətə əskik çatdırıldığı irəli sürülüb.

AFN.az xəbər verir ki, araşdırmaçı jurnalistika platforması "The Intercept" ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi itki rəqəmlərini aşağı göstərdiyi iddia edir.

"The Intercept"in iddiasına görə, CENTCOM-un sözçüsü Tim Hokins martın 30-da 303 əsgərin yaralandığını bildirsə də, bu rəqəmə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına təşkil edilən hücumda yaralanan 15 əsgər daxil edilməyib. Adı açıqlanmayan bir Pentaqon rəsmisi rəqəmlərin müdafiə naziri Pit Heqset və Ağ Ev rəsmiləri tərəfindən ört-basdır edilmək istəndiyini müdafiə edib.

Digər tərəfdən, ABŞ senatoru Kris Merfi də mövzu ilə bağlı tənqidi fikirlərini bölüşərək Amerika hərbçilərinin həyatının riskə atıldığını vurğulayıb.

Qeyd edək ki, müharibənin başladığı 28 fevraldan bu yana ABŞ rəsmi olaraq 15 əsgərinin həlak olduğunu və 520-dən çox hərbçisinin yaralandığını təsdiqləyib.

Lakin müstəqil mənbələr və kəşfiyyat hesabatları real itkilərin daha çox ola biləcəyinə işarə edir. Hazırda ABŞ ordusu daxilində bəzi generalların vəzifədən alınması ilə bağlı yaranan böhranın da məlumatların idarə olunması ilə bağlı fikir ayrılıqlarından qaynaqlandığı bildirilir.

Seçilən
15
afn.az

1Mənbələr