ABŞ-nin Arizona ştatında yarım əsrdən çox olmasa da, 32 ildir sirr kimi qalan bir itkinlik işi nəhayət həll olunub. 1994-cü ilin may ayında 13 yaşında olarkən yoxa çıxan Kristina Mari Plantenin olduğu məlum olub.
KONKRET.az xəbər verir ki, Gila şəhəri Şerif Ofisi tərəfindən verilən məlumata görə, 44 yaşlı qadının şəxsiyyəti rəsmən təsdiqlənib və onunla bağlı axtarış işləri rəsmi olaraq dayandırılıb.
1994-cü il mayın 15-də evindən çıxaraq at tövləsinə getmək üçün yola düşən və bir daha geri qayıtmayan Kristina illər boyu ABŞ-ın “İtkin düşmüş uşaqlar” məlumat bazasında axtarışda olub. Müstəntiqlərin bildirdiyinə görə, illər ərzində nəticəsiz qalan axtarışlar son dövrlərdə tətbiq edilən yeni texnoloji üsullar və texnikanın inkişafı sayəsində irəliləyişlə nəticələnib.
Gila şəhəri Şerif Ofisinin bəyanatında qeyd olunur: “Kristinanın şəxsi həyatına və rifahına hörmət əlaməti olaraq, hazırda onun harada olması və ya necə tapılması ilə bağlı əlavə məlumatlar açıqlanmayacaq”.
44 yaşlı qadının öz istəyi ilə illər əvvəl evdən qaçdığı və ailə üzvlərindən biri ilə yaşadığına dair qeyri-rəsmi məlumatlar yayılsa da, rəsmi qurumlar onun gizlilik hüququnu qorumaq üçün detallara girməkdən imtina edir.\\