AZ

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib -Fotolar



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən Birliyin sədri Sevinc Orucova Aprel döyüşlərinin Azərbaycan Ordusunun şanlı Zəfərinə aparan yolun başlanğıcı olduğunu vurğulayıb, qəhrəman şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd edib.

Ədəbi-bədii gecədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərovun və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri çıxışı zamanı Aprel döyüşlərində şəhid olmuş 90 qəhrəmanın adını bir-bir səsləndirərək tədbirə xüsusi emosional məna qatıb.

Tədbir tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin xatirəsinə ithaf olunan “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.




Seçilən
14
12
aia.az

10Mənbələr