AZ

Azərbaycanda terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir



Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə sanksiyalar müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıdakı abzasda nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.

Seçilən
17
6
baki-xeber.com

10Mənbələr