ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ağ Ev 2027-ci il üçün Konqresdən rekord həddə - 1.5 trilyon dollarlıq hərbi maliyyələşmə istəyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Qeyd edilib ki, ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) büdcənin ətraflı layihəsini aprelin 21-də açıqlayacaq.
"2027-ci maliyyə ili üçün qeyri-məcburi xərclər üçün 1.15 trilyon dollar (28% artım) və məcburi xərclər üçün 350 milyard dollar ayrılması təklif edilir. Nəticədə müdafiə xərcləri üçün ayrılmış ümumi resursların həcmi 1,5 trilyon dollar təşkil edəcək (Pentaqon üçün 44% artım)", - deyə Ağ Evin məlumatında bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.