AZ

Yaxın Şərq savaşı Asiyanı VURDU: Yanacaqdoldurma məntəqələri talan edilir

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaxın Şərqdəki münaqişə səbəbindən yaranan kəskin yanacaq qıtlığı Asiyanın bəzi ölkələrində panika və qeyri-sabitliyə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

"The Wall Street Journal" (WSJ) nəşri xatırladır ki, ABŞ-nin İrana qarşı əməliyyatlara başlamasından sonra bir sıra Asiya ölkələrinin hökumətləri büdcə ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıblar.

Bu addım Yaxın Şərqdən neft və qaz tədarükünü kompensasiya etmək məqsədi daşıyırdı. Lakin nəşrə danışan analitiklərin fikrincə, nizamlanma üzrə danışıqlardakı qeyri-müəyyənlik səbəbindən Asiyada böhranın nəticələrini yumşaltmaq strategiyası səmərəsiz ola bilər.

Benzin qıtlığı Banqladeşdə, həmçinin qonşu Hindistan və Pakistanda yanacaqdoldurma məntəqələrində qarətlərin və hücumların artmasına səbəb olub ki, nəticədə bir neçə nəfər həyatını itirib.

Ötən həftə isə Filippində minlərlə nəqliyyat sektoru işçisi dizel yanacağının qiymətinin kəskin artmasına etiraz olaraq tətil elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
hurriyyet.az

2Mənbələr