Türkiyənin Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən genişmiqyaslı hərbi təlimə başlayıb.Bu barədə nazirliyin "X" hesabında məlumat paylaşılıb.
Nazirliyin bildirdiyinə görə, “Mavi Vətən-26” təlimi Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Komandanlığının iştirakı ilə keçirilir.
Təlimə ümumilikdə 120 gəmi və 50 hava vasitəsi cəlb olunub.