Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qalatasaray"ın seneqallı müdafiəçisi İsmayıl Jakobs klubuna olan bağlılığını maraqlı bir hərəkətlə nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, Yakobs Seneqal milli komandasının Qambiya ilə keçirəcəyi matçdan əvvəl baş məşqçisinə müraciət edib.
O, "Hocam, həftə sonunda "Trabzonspor"la çox vacib oyunumuz var. Xahiş edirəm, məni bu matçda oynatmayın" deyərək xahiş edib.
Bu barədə insayder Ali Naci Küçük məlumat yayıb.
Baş məşqçi futbolçunun bu istəyini müsbət qarşılayıb və o, Qambiya ilə qarşılaşmada meydanda yer almayıb.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.