AZ

Tramp Blanşa kart blanş verməyəcək baş prokuror vəzifəsinə Zeldini təyin edəcək

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Pam Bondini ölkənin baş prokuroru vəzifəsindən azad edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu vəzifəni Bondinin müavini Todd Blanş icra edəcək.

Tramp Bondini böyük Amerika vətənpərvəri saydığını deyərək, “son bir il ərzində baş prokuror vəzifəsində sədaqətlə çalışan sadiq dost” adlandırıb.

“Pam ölkə daxilində cinayətkarlığa qarşı kütləvi mübarizəyə rəhbərlik etməkdə inanılmaz iş görüb və nəticədə qətllər 1900-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Biz Pamı sevirik və o, tezliklə elan ediləcək özəl sektorda çox ehtiyac duyulan və vacib yeni bir işə keçir.", - Tramp sosial media platforması “Truth Social”da yazıb.

Bondi özü X-də yazıb ki, növbəti ay baş prokuror vəzifəsinin səlahiyyətləri T. Blanşa keçəcək.

CNN-in məlumatına görə, ancaq T.Blanş həmin vəzifədə müvəqqəti qalacaq. Tramp Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Li Zeldini yeni baş prokuror təyin etməyi düşünür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr