Hürmüz böhranı neft bazarını tədricən sarsıdır
Yaxın Şərqdə gərginlik fonunda Hürmüz boğazı-nın bağlanması qlobal neft bazarında təsirlərini mərhələli şəkildə göstərməyə başlayıb. Bu boğaz normalda dünya neft tədarükünün təxminən 20%-ni daşıyır.
Ən böyük təsir ilk növbədə Asiya ölkələrində hiss olunur, çünki bölgədən çıxan neftin böyük hissəsi məhz bu istiqamətə yönəlirdi. Daşımaların dayanması ilə qiymətlər sürətlə artmağa başlayıb və bu artım tədricən Avropa və digər regionlara da yayılır.
Xüsusilə aviasiya yanacağı və dizel kimi məhsullarda ciddi bahalaşma müşahidə olunur. Təchizatın azalması nəticəsində bəzi ölkələr daha bahalı alternativ neft növlərinə yönəlmək məcburiyyətində qalır. Bu isə istehsal xərclərini artırır və ümumi iqtisadiyyata təsir edir.
Mütəxəssislər bildirir ki, nəqliyyat, sənaye və kənd təsərrüfatı kimi sahələrdə qiymət artımı qaçılmazdır və böhranın real təsirləri yaxın aylarda daha aydın hiss olunacaq.
aia.az
Tərcümə şöbəsi