AZ

İdman Akademiyasında “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı 3 aprel, AZƏRTAC

Azərbaycan İdman Akademiyasında İstanbul Aydın Universitetinin İdman Elmləri fakültəsinin dekan müavini, dosent Dr. Fatih Serdar Şenduran tərəfindən “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə idman elmlərində sürətlə inkişaf edən texnologiyalar, xüsusilə geyilə bilən texnoloji cihazların idmançıların performansının ölçülməsi, inkişafının izlənilməsi və fiziki keyfiyyətlərinin artırılmasında tətbiqi məsələləri müzakirə olunub. Həmin texnologiyaların hərbi bədən tərbiyəsi sahəsində tətbiqi imkanları, fiziki hazırlığın monitorinqi, məşq prosesinin səmərəli təşkili və hərbi qulluqçuların fiziki göstəricilərinin təhlili üzrə müasir yanaşmalar təqdim edilib.

Dörd gün davam edən təlimin yekununda akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva təqdim olunan texnologiyaların idman və hərbi tədris prosesində tətbiqinin vacibliyini qeyd edib.

Sonda iştirakçılara sertifikatlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
azertag.az

7Mənbələr