Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yeri tutan komanda bəlli olub.
"Far.Az"un məlumatına görə, bürünc medal uğrunda oyunda "Aznur" "Sumqayıt"la üz-üzə gəlib.
Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Aznur" 6:4 hesablı qələbəyə sevinib.
Saat 20:30-da eyni arenada Azərbaycan çempionatının final matçı baş tutacaq. Həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə qarşılaşacaq.