AZ

Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində kobud qayda pozan sürücü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 23-də saat 10:50 radələrində baş verib.

Videodan göründüyü kimi, BakuBus MMC-yə məxsus, 500 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-872 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobusun sürücüsü “Stop” nişanının tələbini yerinə yetirmədən sərt şəkildə yolayrıcına daxil olub. Kadrlardan görünür ki, sürücü dayanmaq əvəzinə hərəkətini davam etdirərək baş yolda irəliləyən avtomobilə qəza riski yaradıb.

Xoşbətlikdən təhlükəylə üzləşən sürücünün vaxtında sürəti azaltması toqquşmanın qarşısını alıb və hadisə xəsarətsiz ötüşüb.

Xatırladaq ki, yolayrıcları işıqfor və ya “Stop” nişanı ilə tənzimləndikdə sürücü mütləq dayanmalı, yolayrıcının təhlükəsizliyini təmin etməli və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr